İcra başçısı və deputat sakinlərlə görüş keçirdilər - Fotolar

icra-bascisi-ve-deputat-sakinlerle-gorus-kecirdiler
Oxunma sayı: 1436

Prezident İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Qəbul Yasamal rayonunun 31 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayon sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə icra başçısı Elşad Həsənov Yasamal sakinlərinin problem və qayğıları ilə maraqlanın və onları öz  təklif və şikayətlərini birbaşa ona bildirməyə dəvət edib.

Söz alan vətəndaşlar mənzillərin konstruksiyasının dəyişdirilməsi, kooperativ binaların su təchizatı xəttlərinin yenilənməsi, qəzalı evlər, əlillər üçün sosial yardım, küçələrin işıqlandırılması, Birinci Qarabağ müharibəsi veteranlarının sosial təminatı, yaşayış binalarının zirzəmisində su yığılması problemi və digər məsələlərlə bağlı öz fikirlərini bildiriblər.

Qəbulda sakinləri narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.