İcra başçısı və deputat sakinlərlə görüşdülər - Fotolar

icra-bascisi-ve-deputat-sakinlerle-gorusduler
Oxunma sayı: 1674

Yasamal rayonu sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Səbinə Xasayeva birgə səyyar qəbul keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, qəbul Yeni Yasamal yaşayış massivindəki 308 saylı orta məktəbdə baş tutub.

Qəbula gələn yüzlərlə sakin birbaşa İcra Hakimiyyətinin başçısına və millət vəkilinə problemləri barədə sual vermək imkanı qazanıblar. Qəbulda RİHB-nin müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Elşad Həsənov əvvəlcə Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə sakinlərə məlumat verib. Bildirib ki, görülən tədbirlər əhalinin maddi güzəranının yaxşılaşdırılmasına xidmət edir və bu işlər bundan sonra da davam edəcək.

Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənilib. Yasamal sakinləri orta məktəblərdə əlavə tədris korpusunun tikintisi, su təminatı, budanma, tikinti qaydaları, asfaltlanma və bir sıra sosial məsələlər qaldırıblar. Vətəndaşların səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.