İcra başçısı və deputat sakinlərlə görüşdülər - Fotolar

icra-bascisi-ve-deputat-sakinlerle-gorusduler
Oxunma sayı: 2301

Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və 17 saylı Yasamal 3-cü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyev birgə şəkildə sakinlərlə səyyar görüş keçiriblər. 

Görüş 150 saylı tam orta məktəbin akt zalında baş tutub.

Görüşdə Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Görüş zamanı icra başçısı Elşad Həsənov bildirib ki, Yasamal sakinlərinin problemlərini həll etmək məqsədilə yerli icra və qanunverici hakimiyyət nümayəndələri arasında əməkdaşlıq çox faydalıdır.

Səyyar qəbul zamanı vətəndaşlar Sovetski kimi tanınan ərazinin dövlət ehtiyacları üçün satın alınması, qəzalı evlər problemi, ehtiyacı olan insanlar üçün sosial yardım və digər məsələlər qaldırıblar.

İcra başçısı sakinlərin müraciət və təklifləri ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib, bir sıra müraciətlər isə nəzarətə götürülüb.

İki saata yaxın davam edən qəbulda vətəndaşlar İcra başçısı və deputata istədikləri sualları verərək ətraflı cavablar alıblar.

Yasamal RİH başçısının rayon sakinləri ilə silsilə görüşləri davam edir.