Yasamal rayonunda əhalinin problem və şikayətlərinin müəyyən edilib çevik həlli məqsədilə aparılan silsilə görüşlər davam edir. Bu dəfə sakinlərin təklif və müraciətlərini Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və 15 saylı Yasamal birinci seçki dairəsindən Milli Məclisin deputatı Ülvi Quliyev birgə dinləyiblər.
“Qafqazinfo” xəbər verir ki, icra başçısı və millət vəkilinin birgə səyyar qəbulu 13 saylı tam orta məktəbin akt zalında baş tutub.
Elşad Həsənov qeyd edib ki, qəbul Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur.
Görüşdə Yasamal rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Səyyar qəbul zamanı Yasamal rayonu sakinləri mənzil ilə təminat, qanunsuz tikililərlə mübarizə, rayon ərazisində parkinq problemi, su təchizatı, sənədsiz evlər və digər məsələlər barədə suallar veriblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sualları ətraflı cavablandırıb və sakinlərin müraciət və təklifləri ilə bağlı xidmət rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər nəzarətə götürülüb.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının tərtib edilmiş qrafikə uyğun olaraq rayon sakinləri ilə görüşləri davam edir.





Son xəbərlər
Son Xəbərlər