Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü martın 10-da rayonun Hirkan qəsəbəsində keçirib.
"Qafqazinfo" xəbər verir ki, rayonun hüquq mühafizə orqanlarının, müvafiq idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin və yerli əhalinin iştirak etdiyi tədbirdə T.Qaraşov sakinləri salamlayaraq əvvəlki görüşlərdə qaldırılan problemlərin artıq olmadığını, bunun ürəkkaçan fakt olduğunu bildirib.
T.Qaraşov bu il Hirkan qəsəbəsi ərazisində də elektrik xətt təsərrüfatının tamamilə yeniləşdiriləcəyini, rayonda qazlaşdırma işlərin davam etdiriləcəyini bildirib.
İcra başçısı eyni zamanda kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə diqqətin artırılmasının vacibliyi məsələsinə toxunaraq istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyəsinə qaytarılmasının vacibliyini xüsusi qeyd edib.
Görüşü yekunlaşdıran T.Qaraşov əhali tərəfindən qaldırılan məsələlərin araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.
Son xəbərlər
Son Xəbərlər