İcra başçısı vətəndaşlarla görüşdü

icra-bascisi-vetendaslarla-gorusdu
Oxunma sayı: 715


“Qafqazinfo” xəbər verir ki, 100 nəfərdən artıq vətəndaşın iştirak etdiyi qəbuldan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək iyunun 10-da baş vermiş təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması ilə bağlı görülən işlərdən danışıb. Qeyd edib  ki, təbii fəlakət baş verən zaman ölkə başçısı İlham Əliyev hadisəni dərhal nəzarətə götürmüş, hər bir vətəndaşa dəyən ziyanın təcili olaraq aradan qaldırılması üçün tədbirlər görülməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Dövlət başçısının tapşırığına uyğun olaraq qısa vaxt ərzində 300-dən artıq  çoxmərtəbəli, 500-dən artıq fərdi binaya dəyən ziyanın məbləği müəyyənləşdirilərək təmir-bərpa işlərinə başlanılmışdır. 11 hündürmərtəbəli bina isə qəza vəziyyətinə  düşmüşdür ki, onların da sakinlərinin müvəqqəti olaraq müxtəlif yerlərə köçürülməsi təmin edilir. Hazırda 24 çoxmərtəbəli, 30 fərdi binada bərpa işləri sürətlə davam etdirilir. Təmir-bərpa işlərində heç bir problem yoxdur və dövlət qurumları, eləcə də Fövqəladə Hallar Nazirliyi bu işdə Gəncəyə hər cür yardım göstərir.