İcra başçısı veteranlarla görüşdü - - Fotolar

icra-bascisi-veteranlarla-gorusdu-
Oxunma sayı: 1226


Tədbirlər çərçivəsində fevralın 25-i rayonun orta və ali məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, rayonun ali məktəblərində anım tədbirləri keçirilmiş, Dövlət Gənc Tamaşaçılar Teatrında və Badamdar Mədəniyyət evində faciəyə həsr olunmuş tamaşalara ictimai baxış təşkil olunub. 
Faciənin ildönümü ərəfəsində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında  Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 26 ailənin nümayəndələri ilə görüş keçirilib. Tədbirin əvvəlində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki,  bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir. 
“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir”. 
Həmçinin qeyd olunub ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin «Xocalı harayı» abidəsinin ziyarəti təşkil ediləcək. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, «Bibiheybət» və İçəri şəhər «Cümə» məscidlərində ehsanlar veriləcək.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev   və başqaları  ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  maddi və ərzaq yardımları  göstərilib. 
Tədbirin sonunda RİH Başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib.