İcra başçısı videobağlantılı müşavirə keçirib - Foto

icra-bascisi-videobaglantili-musavire-kecirib
Oxunma sayı: 3208

Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə müşavirə keçirib.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı videokonfrans vasitəsilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.

Bununla yanaşı İƏD nümayəndələrinə göstəriş verilib ki, hər bir ailə, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülməli, əhalinin sıx toplaşdığı ərazilərə, kənd mərkəzlərinə, ictimai-iaşə obyektlərinə ciddi nəzarət olunmalı, insanların təmas imkanları minimuma endirilməli, vətəndaşlar yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmalıdırlar.

İcra başçısı bildirib ki, kənd və qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə insanları maraqlandıran bütün məsələlərə anında münasibət göstərilməlidir.

Eyni zamanda icra nümayəndələri kənd təsərrüfatı ilə məşğul olan sakinlərə arayışların verilməsində də diqətli olmalı, bu təbəqədən olan vətəndaşlara lazımi dəstək göstərilməlidir.

Videokonfransda sakinlərə dəstək olmaq, yaşlılara qarşı həssas olmaq və ən əsası isə hər hansı bir neqativ hal baş verdiyi halda dərhal rayonda yaradılmış xüsusi qərargaha məlumat verilməsi xüsusi qeyd edilib.