İcra başçısı Xocəsəndə səyyar qəbul keçirdi

İcra başçısı Xocəsəndə səyyar qəbul keçirdi
Oxunma sayı: 1488

İyunun 14-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən sakinləri ilə səyyar qəbulu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edib.

Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi