"Qafqazinfo" xəbər verir ki, yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı ərzaq, şirniyyat, un məmulatları, kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin fərdi şəxslər tərəfindən yarmarkaya meyvə, tərəvəz məhsulları da çıxarılıb.
Satış yarmarkasında iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncəliləri bayram münasibətilə təbrik edib, onlara işlərində uğurlar və xoşbəxtlik arzulayıb.
Bayram ərəfəsində satış yarmarkanın təşkili hər bir Gəncə sakininin böyük sevincinə səbəb olub və onlar şəhər rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bayram yarmarkasında satışa “Elba” MMC-nin müxtəlif növ kolbasa məhsulları, “West Gold” şirkətinin pendir və yağ, “Avrora” şirkətinin xama, süd, şirniyyat, “Gəncə Şərab-2” ASC-nin “Yeddi gözəl”, “Sevgilim”, “Çinar”, “Azərbaycan”, “Karvansaray” və digər şərabları, “İnterpark” müəssisəsinin mürəbbə, şirə, kompotları, “Azərsun” şirkətinin müxtəlif çeşidli yağları, çay, süd , “Gəncə Qənnadı” ASC tərəfindən 20 çeşiddən çox şokolad və konfetləri çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər