İcra başçısı Yasamal sakinləri ilə səyyar görüş keçirdi - Fotolar

icra-bascisi-yasamal-sakinleri-ile-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1654

Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun 53 saylı tam orta məktəbin akt zalında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri dinləyib. Səyyar görüşdə, həmçinin Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda Yasamal RİH başçısı Elşad Həsənov sakinlərə müraciət edərək hansı problemlərlə üzləşdiklərini soruşub və öz təklif və şikayətlərini birbaşa ona bildirməyə dəvət edib.

Növbə ilə söz alan Yasamal rayon sakinləri ev damlarının təmiri, yaşayış evi konstruksiyalarının qanunazid dəyişikliyi, həyətlərin asfaltlanması, küçələrin işıqlandırılması, qanunsuz ət kəsimi və qanunsuz küçə ticarəti ilə mübarizə, evlərdə istilik sistemlərinin bərpası, qəzalı evlərin təmiri və bir sıra sosial məsələlərlə bağlı öz fikirlərini bildiriblər.

Sakinləri narahat edən problemlər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırıqlar verilib.