Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları dinləyib.
Səyyar qəbul Yeni Yasamal yaşayış massivindəki 286 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin vəzifəli şəxsləri iştirak ediblər.
Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırıb və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verib. Bildirilib ki, 2022-ci il ərzində Yasamal RİH tərəfindən ümumilikdə 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.
Daha sonra söz alan vətəndaşlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, su borularının dəyişdirilməsindən sonra asfalt ötüyünün təzələnməsi zərurəti, yaşayış binalarında istismar müddəti bitmiş liftlərin dəyişdirilməsi, rayonda yeni idman infrastrukturunun istismara verilməsi və bir sıra sosial xarakterli məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.
İki saata yaxın davam etmiş qəbulda E. Həsənov sakinlərin suallarına ətraflı cavablar verib. Sakinləri narahat edən məsələlərə dair geniş izahat verilib. Qəbulda sakinləri qayğılandıran problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.






Son xəbərlər
Son Xəbərlər