Belə ki, İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun göstərişi ilə binanın yaxınlığında yerləşən 262 saylı uşaq bağçasının bir neçə müddətdir ki təmirinə başlanılıb
“Bununla əlaqədar bağçanın ətrafı dəmir barmaqlıqlarla əhatə olunub. Bu barmaqlıqlar 42-ci binanın yolunu tamamilə bağlayıb. Binaya uyğun olmayan yerdən keçid izni verilib. İcazə verilən keçid heç vaxt yol olaraq istifadə edilməyib”.
Sakinlər qeyd edir ki, binanın əsas yolu 10 il əvvəl 275 saylı məktəbin yanından olduğu üçün təhlükəsizlik məqsədilə bağlanıb: “İndi də bağçanın həyətində olan yolu bağlayıblar. Biz yol problemindən əziyyət çəkirik. Məsələnin tez zamanda həll edilməsini istəyirik”.
Son xəbərlər
Son Xəbərlər