İcra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü

icra-bascisi-yuksek-bal-toplayan-telebelerle-gorusdu
Oxunma sayı: 1566


“Qafqazinfo”ya daxil olan məlumata görə, sentyabrın 17-də Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında rayon təhsil müəssisələrinin 2013-2014-cü tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib.

Rayonun icra başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını Bilik günü, yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2013-2014-cü tədris ilində məktəbi bitirənlərin sayı 3971 nəfər olmuşdur. 5 nəfər şagird məktəbi qızıl medalla bitirmişdir. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 65 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı 17 nəfər olmuşdur. 2 nəfər tələbə Prezident təqaüdünə layiq görülüb.

Görüşdə icra başçısı adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.