İcra başçısı yumurta döyüşdürdü - - Fotolar

icra-bascisi-yumurta-doyusdurdu-
Oxunma sayı: 2473


Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş tədbir təşkil olundu. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər. Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq tonqal qalandı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət etdi. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirib.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstərdilər. Tədbir iştirakçılarını Novruz şirniyyatına qonaq edildilər. Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırıb.

Tədbirin sonunda bayram konserti keçirilib.