İsmayıllının icra başçısı Mirdamət Sadıqov ölkə prezidenti İlham Əliyevin həmin rayona gələcəyini nəzərə alaraq ağacların gövdəsinin ağardılması barədə göstəriş verib.
"Qafqazinfo" virtulaz.org-a istinadən xəbər verir ki, yerli məmurlar isə ağacların yalnız Prezidentin görə biləcəyi ön hissələrini ağardıblar. Bu görüntüləri bloqqer Mehman Hüseynov lentə alaraq yayıb. Sayt qeyd edir ki, İsmayıllı məmurlarının bu "kəşf"nə yəqin ki, Rusiya imperatoru Yekaterinanın gəlişi şərəfinə yolüstü “qayırma” kəndlər salan qraf Potyomkin özü də həsəd aparardı...
***
İsmayıllı Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məsələ ilə bağlı “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatı təkzib edib:
“Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri barədə Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur və avtomagistral yolların kənarındakı ağacların rənglənməsi barədə RİH tərəfindən tapşırıq verilməyib. Videomaterialda göstərilən obyekt özəl sahibkara məxsusdur və ağacların ağardılmasının Rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur”.
Son xəbərlər
Son Xəbərlər