Qaradağda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Süleyman Mikayılov tədbirdə iştirak bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib.
Bildirib ki, müasir dövrdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır: “Təsadüfi deyil ki, Azərbaycanın birinci vitse-prezidenti qadındır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər”.
Daha sonra Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlanıblar. Bununla yanaşı tədbirdə iştirak edənlərin hər birinə hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər