İcra başçısının 6 aylıq hesabatı

icra-bascisinin-6-ayliq-hesabati
Oxunma sayı: 1958


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda icra başçısı Asif Əsgərov bildirib ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 7 milyard 797,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilib. Nəqliyyat müəssisələri tərəfindən 214,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 5.5 % çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən isə 65,9 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 5,3 % çox rabitə xidmətləri göstərilib. 6 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 3 milyard 460,6 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,6 % artıb. 

Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 2 milyard 288,9 milyon manat və ya əvvəlki dövrlə müqayisədə 2,1 dəfə çox olub. Yanvar-iyun aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 109,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,7% çox istehlak malları satılıb. Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 130.5 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.8% çoxdur. 2015-ci ilin yanvar-may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 111217 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1089,6 manat olub ki, bu da keçən illə müqayisədə 12,3% çoxdur. 6 ay ərzində Səbail rayonu ərazisində 1034 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir. 

Hesabatda qeyd olunub ki, Badamdar şossesində 2,2 km məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatdırılıb. Cari ilin ilk yarısı ərzində Üz.Hacıbəyov küçəsində 2 ədəd, Xaqani küçəsində 6 ədəd, Ə.Əlizadə küçəsində 1 ədəd, Adil İsgəndərov küçəsində 2 ədəd, Zərifə Əliyeva küçəsində 5 ədəd, Neftçilər prospektində və Səməd Vurğun küçəsində 1 ədəd, və Bülbül prospekti 3 ünvanındakı yaşayış binalarının, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi başa çatdırılıb. Hazırda Mətbuat prospekti 2 və İ.Məmmədov küçəsi 2 «a» ünvanlarındakı binaların üzlənməsi davam edir. 

Həmçinin 9 ədəd yaşayış binasının poleuretan və penoplast üzlük panelləri tam demontac olunub, binaların fasadına suvaq çəkilərək müasir üslubda rənglənib. Bu il iyun ayında keçirilən Apropa Oyunları ilə əlaqədar olaraq yeni tikilmiş Su İdmanı sarayı, “Baku Sport City” və Şıx ərazisindəki “Velopark” ilə bərabər, Bakı İdman Sarayında əsaslı təmir-yenidənqurma və Dövlət Bayrağı Meydanındakı “Kristall-Xoll” da da təmir işləri aparılıb. Onu da qeyd edək ki, iclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları da müzakirə olunub.