İcra başçısının müavini işdən çıxarıldı

icra-bascisinin-muavini-isden-cixarildi
Oxunma sayı: 4854

Tərtər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, üç il əvvəl rayon icra başçısının humanitar məsələlər üzrə müavini təyin edilən Elvin Umudov tutduğu vəzifədən azad edilib.

E.Umudov Tərtər RİH-in İctimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin dini məsələlər üzrə müdir müavini təyin olunub.

Hələlik onun yerinə heç bir təyinat olmayıb.

Qeyd edək ki, E.Umudov RİH başçısının müavini vəzifəsinə 2013-cü ildə 28 yaşında təyin edilib.