İcra başçısının müavini yanğın yerində - Fotolar

icra-bascisinin-muavini-yangin-yerinde
Oxunma sayı: 3033

Şəmkir rayonunun Ələsgərli kəndində, Əhmədov Rüstəm Süleyman oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verən hadisə zamanı Əhmədova Mahı Bayraməli qızı vəfat edib.

Əhmədov Zöhrab Rüstəm oğlu və 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır bədən xəsarətləri alaraq Bakı şəhərində yerləşən xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Qüdrət Əliyev hadisə yerinə baxış keçirib.

Ucqar dağ kəndində havaların soyuq olması ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən ailənin ehtiyaclarının ödənilməsi ilə bağlı tapşırıqlar verilib.