İcra başçısının növbəti səyyar qəbulu oldu

icra-bascisinin-novbeti-seyyar-qebulu-oldu
Oxunma sayı: 774


"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə rayonun idarə, müəssisə və hüququ mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

Alı Alıyev qeyd edib ki, prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinlərinin içməli və suvarma suyu, işıq, qaz və torpaqla bağlı təklif və müraciətləri dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildiriblər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, Alıxanlı kəndində işğal dövrü yandırılmış və dağıdılmış evlərin bərpası, torpaq islahatı və digər məsələlər barədə aidiyyati qurumlara konkret tapşırıqlar verib.