İcra Hakimiyyətinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada E. Vəliyev bildirir ki, mətbuatda haqında yazılanlar tamamilə yalan və cəfəngiyatdır: “Mən avtomobil kortejində gəzmirəm, mühafizəçilərim yoxdur və bu barədə yazılanlar tamamilə cəfəngiyatdır. Bu cür xəbərləri yaymaqla, mənə şər böhtan atmaqla heç nə əldə edə bilməzlər. Mən də saf əqidəmlə, amalımla Vətənimizə, xalqımıza, dövlətçiliyimizə şərəflə xidmət edirəm. Məqsədim dəyərli töhfələrimlə gənclərə göstərilən etimadı şərəflə doğrultmaqdır”.
Qeyd edək ki, “Yeni Müsavat”ın yaydığı məlumatda bildirilir ki, redaksiya Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin gücləndirilmiş mühafizə altında və kortejdə gəzdiyi haqda məlumat əldə edib: “Deyilənə görə, onun kortejində hətta ölkə prezidentinin kortejində olan çox bahalı maşınlar var. Bu haqda redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Elmir Vəliyev Gəncədən Bakıya ağ "Mercedes Galendevagen” markalı, Az 90 AA 700 nömrə nişanlı avtomobillə gəlməyi çox xoşlayır. Məlumatlı mənbə "Yeni Müsavat”a bu haqda xeyli maraqlı bilgilər sızdırıb. Məsələn, deyilir ki, icra başçısının oğlunun kortejinə daxil olan maşınların nömrə nişanları 700-lə bitir. Belə maşınlardan biri "Lexus” markalı, Az 90 AO 700 nömrə nişanlı maşındır. Hər maşında 3 nəfər mühafizəçi olduğuna dair məlumatlar var. Kortejdə prezident mühafizəsində olan bahalı "BMW”nin olduğu deyilir. Mənbə həmin maşının dövlət nömrə nişanını bu cür söylədi: Az 90 AZ 700. Bahalı "BMW”-nin nömrə nişanındakı AZ seriyası prokurorluq sisteminə aiddir.
Həmçinin AO seriyası əsasən hərbi strukturlara aiddir. Belə məlumat var ki, həmin maşını Elmir Vəliyevə qayınatası, Baş Prokurorluqda idarə rəisi olan Əzizağa Həsənov bağışlayıb. Amma ola bilsin AZ və AO seriyalı maşınlar Hərbi Prokurorluğa aiddir. Çünki Elmirin əmisi Xanlar Vəliyev Azərbaycanın hərbi prokurorudur”.
Son xəbərlər
Son Xəbərlər