Gəncə şəhərində 22 iyul “Milli Mətbuat Günü” münasibəti ilə tədbir keçirilib
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncədə fəaliyyət göstərən mətbuat nümayəndələri iştirak edib. Elnur Rzayev mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arazulayıb.
O, bildirib ki, 141 il əvvəl böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı çətin və şərəfli yol keçib. Azərbaycan mətbuatı milli-mənəvi dəyərlərin qorunmasında, xalqın dünyagörüşünün formalaşmasında önəmli rol oynayıb.
Çıxışlardan sonra “Milli Mətbuat Günü”nün yaranmasının 141-ci ildönümü münasibəti ilə Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə bir qrup mətbuat nümayəndəsinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən imzalanmış “Fəxri Fərman”lar təqdim olunub.

Son xəbərlər
Son Xəbərlər