"Qafqazinfo"ya daxil olan məlumata görə, İcra başçısının birinci müavini Şahmar İbadov rayon rəhbərliyinin, Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini Vidadi Əliyevin və sözügedən hərbi hissənin şəxsi heyətinin qatıldığı tədbirdə çıxış edərək onları bu gözəl bayram münasibətilə təbrik edib.
Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Ş.İbadov onun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini bildirib.
O, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq ordumuzun qarşısına qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə və mənfur düşməni hər an məhv etməyə qadir olduğunu diqqətə çatdırıb.
Sonra əsgərlərə bayram sovqatı paylanmış və onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulanyıb.
Tədbirdə xidmətdə fərqlənən əsgər, gizir və zabitlər Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.
Son xəbərlər
Son Xəbərlər