“Qafqazinfo” xəbər verir ki, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, 6 ay ərzində iqtisadiyyatın 2,1 % artıb, ümumi daxili məhsulun səviyyəsi yüksəlib, qeyri-neft sektorunda inkişaf 7,0 % olub. İnflyasiya cəmi 1,6% təşkil edib, əhalinin pul gəlirləri 4,7 % artaraq, inflyasiyanı 3 dəfə üstələyib.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 6 ayı ərzində 485 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub, «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci yarısı ərzində Mərkəzdə 20 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter istifadəçisi», 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuturçi-dizayner», 12 nəfər iş axtaran vətəndaş üçün «Xalçıçı», 20 nəfər iş axtaran vətəndaş üçün isə «İngilis dili» peşə kursları açılıb, «Əmək yarmarkasında» 8 nəfər daimi işlə təmin olunub.
İclasda Milli Məclisin deputatı Fuad Muradov da iştirak edib.