İcra Hakimiyyəti hesabat verdi

icra-hakimiyyeti-hesabat-verdi
Oxunma sayı: 1068


“Qafqazinfo”nun məlumatına görə, tədbirdə millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1890 daimi iş yerinin yaradıldığını bildirib: 

“2014-cü ilin I yarımilində əsaslı təmirdən sonra Nərimanov rayonu ərazisində yerləşən Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzi istifadəyə verilib, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda əsaslı təmir işləri davam etdirilir. Bu il daha 2 səhiyyə ocağında (6 saylı uşaq xəstəxanasında və 7 saylı qadın məsləhətxanasında) yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulub”.

Plana əsasən H.Əliyev prospektinin yenidənqurulması ilə əlaqədar olaraq istismar müddətini keçmiş 8 ədəd yaşayış binalarının sökülərək yerində müasir 4 ədəd yeni yaşayış binalarının tikintisi nəzərdə tutulub.