“Qafqazinfo” xəbər verir ki, qəsəbədəki restoranlardan birində keçirilən iftar süfrəsində rayon ictimaiyyətin, bələdiyyələrin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci yaşayış sahəsində yaşayan şəhid ailələri, müharibə veteranları, əlilər rayonda məskunlaşmış məsburi köçkünlərin nümayəndələri – ümumilikdə 600 nəfər iştirak ediblər.
İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
İftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcək.