İcra Hakimiyyəti şikayətçiyə belə cavab verdi- - Mətn

icra-hakimiyyeti-sikayetciye-bele-cavab-verdi-
Oxunma sayı: 3981


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə adının çəkilməsini istəməyən Salyan sakini Rayon İcra Hakimiyyətinin nümayəndələri və sakinlər arasında tikinti işləri ilə bağlı ciddi problemlər olması haqqında “Qafqazinfo”ya şikayət məktubu ünvanlamışdı.

Şikayətçi Rayon icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Kamil Əzizovun məktubu əsasında polisə dəvət edildiyini, qanunsuz olaraq 1200 AZN cərimələndiyini və rayonda korrupsiya halların artdığını iddia edirdi.

Məsələ ilə bağlı ittiham olunan tərəf- Salyan Rayon İcra Hakimiyyəti münasibətini bildirib. İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən “Qafqazinfo”ya daxil olan açıqlamanı təqdim edirik:

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80,1 bəndinə əsasən “Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur”.  Eləcə də 80-cı maddənin 80.4 bəndinə əsasən “Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər”.

Yazıdan göründüyü kimi, adının çəkilməsini istəməyən “şəxs” tərəfindən Məcəllənin tələbləri pozulub, “Aldığım sənədin surətini» - yəni torpaq mülkiyyətinə dair sənədi təqdim etməklə (əgər təqdim edibsə) yaşayış evi tikintisinə icazə istəyib, Məcəllənin tələblərinə uyğun olaraq müvafiq tikinti layihəsini təqdim etməyib. Bundan başqa Məcəllədə sifarişçi müvafiq icra orqanı tərəfindən layihəyə 1 ay deyil, 3 ay müddətində irad tutmadıqda tikinti işlərinə başlaya biləcəyi göstərilib. Məcəllənin 194-cü maddəsinə uyğun olaraq Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə - fiziki şəxslər 1200 manat deyil, 300 manatdan 600 manatadək miqdarda cərimə edilir”.

İcra Hakimiyyətindən etirazı olan Salyan sakininin şikayət məktubu ilə tam formada aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://qafqazinfo.az/xeber-biz-icaz-yoxdur-amma-bac-7-mrtbli-bina-tikdirir-t90327.html