İcra hakimiyyəti uşaqlar üçün

icra-hakimiyyeti-usaqlar-ucun
Oxunma sayı: 1023


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayonda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan İcra başçısının müavini İradə Mahmudova burada təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik edib. YAP-ın rayon təşkilatının sədri Təmraz Tağıyev, Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov və digər çıxış edən tədbir iştirakçıları bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar. Bayram tədbiri incəsənət ustalarının ifaları və uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi bədii kompozisiyalarla davam etdirilib. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.