İcra Hakimiyyəti vətəndaşlarla görüş keçirib

icra-hakimiyyeti-vetendaslarla-gorus-kecirib
Oxunma sayı: 1104


“Qafqazinfo” xəbər verir ki, idarə və müəssisə rəhbərlərinin də qatıldığı qəbulda 100-dən artıq vətəndaş iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov tərəfindən keçirilən qəbulda rabitə, qaz, işıq, su, kanalizasiya xətləri ilə bağlı problemlər səsləndirilib.

Görüşdə müraciətlər arasında məşğulluğun təmin edilməsi, sosial yardıma ehtiyacı olan insanların mənzil təminatı, sahibkarlıq fəaliyyətinə dəstək, mənzil kommunal təsərrüfatı xidmətinin yaxşılaşdırılması kimi çıxışlar da səsləndirilib.

Problemlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Digər problemlər isə aidiyyatı şəxslər tərəfindən nəzarətə götürülüb. Görüşdə şəhərdə aparılan abadlıq-quruculuq işlərindən söz açılıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov qeyd edib ki, vətəndaşların qaldırdığı problemlər, verdiyi suallar çalışırıq ki, yerindəcə öz həllini tapsın. Problemlərlə yerindəcə tanış olmaq, aidiyyəti qurumlara dərhal göstəriş vermək əslində vacib məqamdır. Sözsüz ki, bu da insanların həyatına müsbət təsir edir.