İcra Hakimiyyətində 2015-ci ilin yekunları müzakirə olundu - Fotolar

icra-hakimiyyetinde-2015-ci-ilin-yekunlari-muzakire-olundu
Oxunma sayı: 2167

Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2015-ci ilin yekunlarını müzakirə edib.

“Qafazinfo” xəbər verir ki, ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən və 2015-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Yığıncaqda çıxış edən icra başçısı Asif Əsgərov 2015-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. O bildirib ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, yolların təmiri, küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.