İcra Hakimiyyətində iclas keçirildi

icra-hakimiyyetinde-iclas-kecirildi
Oxunma sayı: 1523


İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, iclasda Səbail rayon rəhbərliyi, RİH Başçısı yanında Şuranın üzvləri, rayonun səhiyyə və təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, prezidentin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlərin Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirildiyini bildirən Asif Əsgərov bildirib ki, rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsinin böyük əksəriyyəti əsaslı təmir olunub. Təkcə son iki il ərzində Səbail rayonunda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib,  1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı Vərəm əleyhinə dispanser, 3 saylı Təcili Tibbi Yardım Stansiyası əsaslı təmir olunub, yeni 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılıb, bura bütün zəruri avadanlıqlarla təchiz olunub. Prezidentin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri keçirilir. 

Tədbir barədə məlumat verən Səbail RİH Başçısının birinci müavini Xalidə Bayramova bildirmişdir ki, fevral ayının 17-dən aprel ayının 1-dək olan müddət ərzində rayon üzrə 42.084 nəfər müayinələrdən keçib.  Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub. Belə ki, qeyd olunan müddət ərzində 143 nəfər stasionar müalicəyə götürülmüş, 5649 nəfərə ambulator müalicə təyin edilib.