Səbail rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2016-cı-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat verib, 2015-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Tədbirdə 6 saylı orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova çıxış edib: “İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etmək çox vacibdir. Çox sevindirici haldır ki, Azərbaycan prezidenti məhz 6 saylı orta məktəbi bitirib. Bu gün tam surətdə yenidən qurulmuş, təhsil üçün hər cür şərait yaradılmış məktəbin kollektivi bununla fəxr edirlər. Məktəb kollektivinin qərarı ilə bu təhsil ocağında “İlham Əliyev və Azərbaycan – inkişaf və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı hazırlıq işləri görülür və o, RİH də bu işlərdə onlara dəstək olmağı xahiş edib”.
Qeyd olunub ki, ötən il dünya bazarlarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə, bir çox dövlətlərin milli valyutalarının 100 %, bəzi hallarda isə daha çox devalvasiyaya uğramasına baxmayaraq ötən il Azərbaycan iqtisadiyyatında artım olmuş, ümumi daxili məhsul 1 %-dən çox, sənaye istehsalı 2,4 %, qeyri-neft sənayesi 8,4 % artıb. Səbail rayonunda xüsusi qərargah yaradılmış, rayonda fəaliyyət göstərən sahibkarlarla görüşdə onların müraciət və təklifləri dinlənilmiş, işlərinə mane olan amillərin aradan qaldırılması üçün anonim sorğu keçirilib.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.


Son xəbərlər
Son Xəbərlər