31 mart 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova erməni qəsbkarlarının zaman-zaman xalqımızın başına gətirdiyi müsibətlərdən, əzəli torpaqlarımızda törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya birliyinə daha geniş məlumatların çatdırılmasının vacibliyini bildirib.
Tədbirdə Azərbaycan dövlətinin xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş apardığı, bu mənada qarşıda duran əsas vəzifələrin xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarət olduğu nəzərə çatdırılaraq, tezliklə dünya birliyinin ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcəyi və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər
Son Xəbərlər