Ağstafa Rayon İcra Hakimiyyəti yeni təyinatlarla bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, aparılan kadr islahatları çərçivəsində RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı vəzifəsindən azad edilən Əziz Məsmalıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən azad edilən Feyruz Həsənov isə rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Ağstafa RİH-nə bu ilin mayından Seymur Orucov rəhbərlik edir.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər