İcra hakimiyyətində yol təhlükəsizliyi haqda tədbir -

icra-hakimiyyetinde-yol-tehlukesizliyi-haqda-tedbir-
Oxunma sayı: 788


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, məcburi köçkün icmalarının və təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Dəyirmi masanı giriş sözü ilə açan İcra başçısının müavini Eldar Ağayev açıb. Daha sonra “Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsinin yekun nəticələri barədə danışan “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov bildirib ki, həqiqətən ölkəmizin yol infrastrukturu əvvəlki illərlə müqayisədə xeyli dəyişib, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüş və hal-hazırda da görülür. 

Bununla yanaşı yol infrastrukturunun inkişaf etdirilməsi həm də yol təhlükəsizliyinin effektiv təmin edilməsini və bu sahədə yol mədəniyyətinin yüksək səviyyədə olmasını zəruri edir. Məhz bu səbəbdən həmin sahədə həyata keçirilən maarifləndirmə və məlumatlandırma kampaniyaları olduqca vacib tədbirlər silsiləsinə daxildir. Geniş müzakirələrin aparıldığı tədbirdə iştirakçılar yol təhlükəsizliyinin təmin edilməsi və yol mədəniyyətinin artırılması cəmiyyətin bütün təbəqələrində və əhalinin bütün qrupları arasında aparılan maarifləndirmə və məlumatlandırma işinin sürətləndirilməsini və bu prossesə dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının, həmçinin KİV və bələdiyyələrin geniş şəkildə cəlb və səfərbər olunmasını zəruri etdiyini vurğulayıb.

“Qafqazinfo”