Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini davam edir. “Qafqazinfo”nun xəbərinə görə, rayon icra hakimiyyətindən bildirilib ki, iyunun 18-dək rayonda 1766 hektar sahənin taxılı biçilib, 2370 tona yaxın məhsul istehsal olunub. Hər hektardan orta hesabla 13,4 sentner məhsul götürülüb. Erkən yazda havaların quraq keçməsi ilə əlaqədar məhsuldarlıq əvvəlki ilə nisbətən aşağı düşüb.
Cari mövsümdə rayonda 12 min 82 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər