anspress.com saytının yaydığı video görüntülü məlumat bizim saytda da dərc olunmuşdu. Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya açıqlama daxil olub. Rayondan bildirilib ki, materialda əks olunan məktəbin dam örtüyü güclü küləkdən sonra bu hala düşüb. Məktəb həqiqətən də köhnəlib və onun yenidən tikintisinə böyük ehtiyac var. Qeyd olunub ki, məktəbin durumu ilə bağlı müvafiq qurumlar məlumatlanıdırılıb. Böyük ehtimal var ki, bu barədə ölçü götürüləcək.
İcra Hakimiyyətindən həmçinin bildirilib ki, bütün ölkədə həyata keçirilən yeni məktəb siyasəti Biləsuvarda da icra olunur. Belə ki, rayonun Aşağı Cürəli və Xırmandalı kəndlərində sentyabrın 13-ü və 15-də iki yeni məktəbin açılışı olacaq. Bundan başqa rayonun həm mərkəzində, həm də bir çox kəndlərində yeni məktəblərin tikilməsi planları var. Bu planlar yaxın gələcəkdə həyata keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər