İcra Hakimiyyətindən Hesablama Palatasına - Cavab

icra-hakimiyyetinden-hesablama-palatasina-
Oxunma sayı: 6195

“Bir sıra elektron informasiya vasitələrində Trend informasiya agentliyinə istinadən Hesablama Palatasının apardığı yoxlamaların nəticələri açıqlanaraq qeyri-dəqiqliyə yol verilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səbail RİH-dən verilən açıqlamada deyilir. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“RİH-dən bildiriblər ki, aparılan yoxlamalar son 5 il ərzində Səbail rayon Mənzil kommunal təsərrüfatı birliyinin fəaliyyəti ilə bağlı olub və həmin illərdə Eldar Əzizov Səbail rayonunun deyil, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub, Səbail rayonuna isə 2015-ci ilin sentyabr ayından başçı təyin olunub”.

RİH qeyd edib ki, qeyri-dəqiq, yoxlanmamış məlumatların yayılması isə yalnız gülüş doğurur.