İcra Hakimiyyətindən özünü yandıran şəxslə bağlı açıqlama - Yenilənib

İcra Hakimiyyətindən özünü yandıran şəxslə bağlı açıqlama
Oxunma sayı: 7040

Şəmkir rayon sakini İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Həyat kəndində yaşayan 1996-cı il təvəllüdlü İlham Həsənov bu gün İcra Hakimiyyəti binasının qarşısında özünə od vurub.

Dərhal hadisəyə müdaxilə edilib və alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, İlham Həsənov Vətən müharibəsi iştirakçısı olub. İddiaya əsasən, o, sosial problemlərinin həlli ilə bağlı dəfələrlə quruma müraciət etsə də, müraciətlərinə baxılmayıb.

***

Şəmkir Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı məlumat yayıb: "Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmaması ilə bağlıdır. 

Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də İ.Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib". 

Həmçinin oxuyun: Traktorla avtoşluq edən kişi həbs olundu