İcra Hakimiyyətinin maşını su kanalına aşdı, xəsarət alan var

icra-hakimiyyetinin-masini-su-kanalina-asdi-xesaret-alan-var
Oxunma sayı: 4564

Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.