“İcra Hakimiyyətləri bu işlə sanki zorla məşğul olurlar” - Yenilənib

icra-hakimiyyetleri-bu-isle-sanki-zorla-mesgul-olurlar
Oxunma sayı: 4863

“Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova parlamentdə qurumun ötənilki hesabatı ilə bağlı danışarkən deyib. 

“Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada istək və həvəs olmalıdır. Çünki bəzən müşahidə olunur ki, İcra Hakimiyyətləri bu işlə sanki zorla məşğul olurlar. Onlardan hesabatları çətinliklə əldə edirik”, - sədr müavini bildirib.

***

S.Qəhrəmanova əlavə edib ki, İcra Hakimiyyətləri bu işlərə vaxtlarının olmadığını deyirlər: “Bir dəfə İcra Hakimiyyətinin nümayəndələri ilə seminar keçirəndə çıxışımı bitirib dedim ki, kimin sualı var? Bir nəfər dedi ki, sizin dediyiniz məsələlər çox yaxşıdır, amma bizim o qədər işimiz var ki, siz deyən məsələlərlə məşğul olmağa vaxt tapa bilmirik. Özü də qeyd etdi ki, humanitar şöbədən gəlib. 

Dedim sənin işini danışıram. Sən gedib ağac əkirsən, müxtəlif təsərrüfat məsələləri ilə məşğul olursan, amma işin o deyil. Rayon İcra Hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram. Məndən çox onlarla məşğul olan yoxdur”.

Zaur Mirzə