İcra nümayəndəsi hesabat verdi - - Foto

icra-numayendesi-hesabat-verdi-
Oxunma sayı: 1732


“Qafqazinfo” nun verdiyi xəbərə görə, Səbail rayonunun rəhbərliyinin, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin  iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlər barədə məlumat verilib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev bildirib ki,  qəsəbədə hazırda 30 mindən çox əhali yaşayır, burada həmçinin 3000 nəfər məcburi köçkün məskunlaşıb: “Dövlət rəhbərliyi tərəfindən inkişaf edən Badamdar qəsəbəsinə ölan diqqətin nümunəsidir ki, keçən il noyabrın 25-də prezidenti İlham Əliyev qəsəbəmizdə yerləşən Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.

Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə  «Könül» körpələr evi–uşaq bağçası əsaslı təmir olunub, burada əlavə korpus tikilib. 

Badamdar qəsəbəsində tikilən yeni İdman Kompleksində işlər artıq başa çatıb. Hazırda qəsəbədə idmançılar üçün yeni 5 mərtəbəli otel binasının,  1-ci yaşayış massivində yeni xəstəxana binasının, 3-cü yaşayış massivində 3 ədəd yeni su anbarlarının, Müasir Avropa Məktəbinin və  Bakı Media Mərkəzinin tikintisi davam etdirilir. 

Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov prezident İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə «Abad həyət» layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin, otel binasının tikintisi başa çatdırılacaq. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması ilə bağlı başlanan işlər davam etdiriləcək.