İcraçı başçısının şəkilləri tualet kağızlarında

icraci-bascisinin-sekilleri-tualet-kagizlarinda
Oxunma sayı: 3029


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs rəsmi Pekinə bağlı olduğuna görə vətənində o qədər də sevilmir. Çin rəsmiləri özlərinə yaxın olan şəxsin müdafiəsi üçün onun əksi olan 8 min tualet kağızı və 20 min ədəd kağız burun dəsmalı bağlamasını müsadirə edib. İlkin məlumatda bildirilir ki, müsadirə olunan mallar Honq - Konqdakı kiçik bir partiyanın sifarişi ilə hazırlanıb. 

Agentlik xatırladır ki, Honq - Konqda son aylarda daha çox demokratiya tələbləri ilə kütləvi mitinqlər keçirilib. İnsanlar yerli seçkilərdə Pekindən azad seçki haqqı tələb edirlər. Həmin mitinqlər zamanı Çinə simpatiya sərgiləyən Honq - Konq rəhbəri Leunq Xun-yinq Pekinin sevimli oyuncağı kimi tənqid olunurdu. 

İlkin hesablamalara görə müsadirə olunan malların dəyəri 12.900 dollardır. Agentlik onu da qeyd edir ki, tualet kağızlarının üzərindəki karikatura xarakterli şəkillərdə Çin Kommunist Partiyası da tənqid atəşinə tutulub. Rəsmi Pekin isə belə tənqidlərə qarşı son dərəcə dözümsüz münasibəti ilə seçilir.