İctimai dinləmə keçiriləcək

ictimai-dinleme-kecirilecek
Oxunma sayı: 846

Sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə  mayın 20-də saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmlərinin müzakirə olunacağını, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirlərinin dinləniləcəyini bildirib. 

M.Qənbərov ictimai dinləmədə iştirak etmək istəyənləri  20 may 2022-ci il tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti 10) dəvət edib.