İctimai fəal həbs olundu

ictimai-feal-hebs-olundu
Oxunma sayı: 2968

“Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü və Hərəkatın İşçi Masasının sədri Afiəddin Məmmədov həbs edilib. 

“Qafqazinfo” xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi)  maddəsi ilə təqsirli bilinib. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.