İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu

ictimai-neqliyyatin-fealiyyeti-berpa-olundu
Oxunma sayı: 1506

Fevralın 20-si saat 00:00-dan bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət bu gün saat 06:00-dan etibarən aradan qaldırılıb.

"Qafqazinfo" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət martın 29-dək uzadılıb.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də dayandırılıb.