İctimai nəqliyyatla bağlı yeni tələblər təsdiq edildi

ictimai-neqliyyatla-bagli-yeni-telebler-tesdiq-edildi
Oxunma sayı: 2017

Nazirlər Kabineti “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblər”i təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu tələblər “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezidentin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası ilə bağlı hazırlanıb və Bakı şəhərində sərnişin daşımalarında istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri müəyyən edir. Bu tələblər Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını həyata keçirən avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, habelə Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya aid infrastruktura (nəqliyyat mübadilə mərkəzlərinə, avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə) şamil edilir. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.
Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir: 
2.1.2.1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi; 
2.1.2.2. sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm;
 2.1.2.3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu); 2.1.2.4. 
maksimal sürəti məhdudlaşdırmağa imkan verən
2.1.2.5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar; 2.1.2.6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu; 2.1.2.7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu; 2.1.2.8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı; 2.1.2.9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı; 2.1.2.10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə; 2.1.2.11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan dayanıqlı əl tutacaqları;
2.1.2.12. dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq. 2.1.3. Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. 2.1.4. Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir. 2.1.5. Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır. 2.1.6. Avtobuslar alçaq döşəməli olmalıdır. 2.1.7. Avtobusların siniflərinə görə uzunluğu və oturacaq yerlərinin minimum sayı bu Tələblərin 1 nömrəli əlavəsində göstərilənlərlə uyğun olmalıdır. 2.1.8. Avtobuslarda sərnişinlər üçün çıxışların və qəza çıxış yerlərinin minimum sayı (qapılar, qəza çıxış pəncərələri və lükü) bu Tələblərin 2 nömrəli əlavəsində göstərilənlərə uyğun olmalıdır. 2.1.9. Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir. 2.1.10. Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır. 2.1.11. Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır. 2.1.12. Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır

Yeni tələblərlə daha geniş şəkildə linkə daxil olmaqla tanış ola bilərsiniz

Günel Türksoy