İctimai Şuraya yeni sədr seçildi

İctimai Şuraya yeni sədr seçildi
Oxunma sayı: 2225

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, iclasda Qafqaz Regional Ekoloji Mərkəzin rəhbəri Mələk Şükürova İctimai Şuranın sədri, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin üzvü Amin Məmmədov sədr müavini, Gənclər Təşkilatları Milli Şurasının sədri  Məryəm Məcidova  isə katib seçilib. Bunu jurnalistlərə Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi