Məlum olduğu kimi, son zamanlar ölkəyə gələn turistlərin sayı artmaqdadır. Xüsusən qarşıdan gələn yay turizm mövsümündə turizmin bir neçə seqmenti üzrə istirahəti təşkil etmək üçün müxtəlif ölkələrdən turist qruplarının səfəri planlaşdırılır.
"Qafqazinfo"nun məlumatına görə, 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” yarışlarını izləmək üçün xarici qonaqların ölkəmizə gəlməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyi turistlərə yeni xidmətlərin təşkili üçün turizm müəssisələri ilə birgə layihələri davam etdirir.
Yuxarıda qeyd olunan layihələrdən bir də Bakı Turizm İnformasiya Mərkəzinin təşkil etdiyi şəhər turu marşrutu layihəsidir ki, 3 iri tutumlu avtobusla gün ərzində Bakı şəhəri ərazisində 2 saatlıq xüsusi marşrut üzrə tur təşkil olunur.
Bununla yanaşı, Bakı Turizm İnformasiya Mərkəzi hər biri 20 nəfər tutumu olan 3 Mercedes Sprinter markalı mikroavtobuslarla aşağıda adları qeyd olunan marşrut üzrə ekskursiya səfərlərini təşkil edir.
Bakı - “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu” - Bakı
Bakı - “Qala Tarix Entoqrafiya Qoruğu” - Bakı
Bakı - “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğu - Bakı
Bakı - “Yanardağ” - Bakı
Daha ətraflı məlumat üçün [email protected] email ünvanına və (+994 55) 746 99 49, (+994 12) 498 12 44 nömrələrinə zəng edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər